Altı rayonda beş gün qaz olmayacaq
![]()
Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı beş gün müddətində dayandırılacaq.
Rubrika.az xeber verir ki, bu barədə Oxu.Az-a “Azəriqaz”dan bildirilib.
Məlumata görə, sentyabrın 11-15-də (beş gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq.
Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Rubrika.az
Facebook-da paylaş














