Fələstin lideri Trampla görüş üçün 3 şərt irəli sürdü

Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüş üçün üç şərt irəli sürüb.
Rubrika.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Fələstin Milli Şurasının üzvü Valid Avad bildirib ki, ABŞ Fələstindən BMT-də Abbasla Trampın görüşünün keçirilməsini xahiş edib.
O bildirib ki, Fələstin lideri öz növbəsində bir neçə şərt irəli sürüb. M.Abbas ABŞ-dan Qüdsdəki səfirliyini bağlamağı, "əsrin razılaşması" mövzusunu qapatmağı və fələstinlilərlə israillilər arasında danışıqlara məsul olan nümayəndəni dəyişdirməyi tələb edib.
Rubrika.Az
Facebook-da paylaş











