Türk kəşfiyyatı Suriyada əməliyyat keçirib: 9 terrorçu saxlanılıb
![]()
Türkiyə kəşfiyyatı Suriyanın Afrin şəhərində xüsusi əməliyyat keçirib.
Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 YPG/PKK terrorçusu saxlanılıb.
Həmin şəxslər “Zeytun budağı” əməliyyatında iştirak edən iki türk əsgərinin ölümündə şübhəli bilinirlər.
Saxlanılan terrorçular Türkiyənin Hatay bölgəsinin jandarma komandanlığına təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş














