Prokuror deputatlığa keçmiş namizədə cəza istəyib
![]()
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Rubrika.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında hər iki şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.
Rubrika.az
Facebook-da paylaş










