Dağıstanın sabiq rəhbərinin qardaşı rüşvət üstündə saxlanılıb - YENİLƏNİB
![]()
Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanıb.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tezliklə ona müvafiq qaydada ittiham təqdim ediləcək: "Respublika Tibbi Sosial Bürosu işçilərindən ibarət dəstə üzvləri rüşvət müqabilində vətəndaşlara əlillik dərəcəsi verirlərmiş".
----------
15:58
Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Əbdülətifovun qardaşı Rəcəb Əbdülətifov saxlanılıb.
Milli.Az Report-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Mahaçqaladakı baş idarəsinə gətirilən Rəcəb Əbdülətifovun istintaqla bağlı Moskvaya aparılacağı deyilir.
Faktı Dağıstan parlamentində də təsdiqləyiblər. Onun hansı səbəbdən saxlanıldığı açıqlanmır.
Rubrika.Az
Facebook-da paylaş











