Ermənistanın keçmiş ədliyyə naziri təhdid qorxusu ilə polisə müraciət edib

“Bu gün mən polisə ailəmə və özümə qarşı törədilə biləcək cinayət haqqında məlumat verdim”.
Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki bu barədə Ermənistanın keçmiş ədliyyə naziri, hazırda parlamentin deputatı Arpine Ovannisyan özünün “facebook” səhifəsində yazıb.
“Bu gündən mən sosial şəbəkələrdə haqqımda təhqiramiz şərhlər yayan və səhifəmə eyni məzmunlu mesajlar göndərən şəxslərin məsuliyyətə cəlb olunması üçün calışacağam. Mətbuat nümayəndələri bu statusumu bu cür şərhlərin ləğv olunması üçün xəbərdarlıq kimi qəbul edə bilərlər”, - erməni deputat bildirib.
Arpine Ovannisyan hər silinməyən şərhə görə məhkəməyə müraciət edəcəyini qeyd edib. Bundan başqa, o, məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər daşıyacağını vurğlayıb.
Erməni nazir bu cür şərhlərin silinməsi praktikasının Avropa Məhkəməsində görülmədiyini, həmçinin daxili qanuvericilikdə də nəzərdə tutulmadığını etiraf edib.
“Hər bir halda mətbuat azad sözün zərər görməməsi üçün bu cür şərhləri silmək imkanına malik olacaqlar”, - deputat sonda üstüörtülü təhdid edib.
Rubrika.Az
Facebook-da paylaş













