• Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal

    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal


    Rusiyanın Baş Kəşfiyyat İdarəsinin ələ keçən zabitləri Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) kompüter şəbəkəsinə kiber hücum etməyi planlaşdırırmış; “Skripal işi” skandalının ən qızğın vaxtında daha bir “agent ovu” Rusiyanı pis vəziyyətə salıb

    Son zamanlar müxtəlif Avropa ölkələrində və ABŞ-da QRU-nun fəaliyyəti ilə bağlı araşdırmalar aparılır və yeni-yeni faktlar ictimailəşdirilir. Belə ki, artıq bəzi Avropa ölkələrində Rusiya xüsusi xidmət orqanlarının agentləri ifşa edilib. Onların əməliyyatlar zamanı istifadə etdikləri texniki təchizat məmulatları, həmçinin avtomobillər müsadirə edilərək götürülüb.

    Xatırladaq ki, “Yeni Müsavat” qəzetində və Musavat.com saytında hazırda Niderland Krallığında yaşayan azərbaycanlı Orduxan Bəbirovun QRU agenti olması haqda silsilə yazılar gedib. “Kentavr”ın (Orduxan Bəbirov) da imkanlarından istifadə olunması istisna edilmir. Yəqin ki Niderland dövlətinin aidiyyəti orqanları bu məsələyə də aydınlıq gətirəcəklər.

    “Yeni Müsavat” Hollandiyada beynəlxalq qalmaqal yaradacaq “agent ovu” haqda araşdırma məqaləni təqdim edir. Məqalə xarici mediada çıxan məqalə və faktlar əsasında hazırlanıb.

    ***

    İki gün öncə - oktyabr ayının 4-də Hollandiyanın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) və Birləşmiş Krallıq Ədliyyə Nazirliyi tərəfindən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (BKİ-QRU) kiber hücum bölməsinin zabitləri hesab edilən Rusiya Federasiyasının 4 vətəndaşı barədə məlumat açıqlanıb. Məlumata əsasən, həmin 4 nəfər şəxs Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (OPCW) kompüter şəbəkəsinə kiber hücum etmək məqsədilə 2018-ci ilin aprel ayında Hollandiyaya yerləşiblər. Bu dörd nəfər Hollandiyaya diplomatik pasportlarla gəlib. Pasportlardan ikisinin nömrələrinin ardıcıl olması diqqət çəkib.

    Hollandiyanın hüquq-mühafizə orqanlarının açıqlamasından sonra, “Bellingcat” təşkilatı və onun Rusiya tədqiqatı üzrə tərəfdaşı olan “The İnsider” media qurumu sözügedən şəxslər haqqında məlumat əldə etmək və onların şəxsiyyətini tam müəyyənləşdirmək istiqamətində fəaliyyət başlayıb. “Bellingcat” 2002-ci ildən 2014-cü ilədək müxtəlif məlumat bazalarını müqayisə edərək Skripalın zəhərlənmə işində iştirak edən Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabitlərindən fərqli olaraq, bu insanların şəxsiyyətinin həqiqi olduğunu təsdiqləməyə müvəffəq olub.

    BKİ akademiyasında qeydiyyat yeri
    Məlumatlar göstərir ki, təqsirləndirilən şəxs - Aleksey Minin Rusiya Müdafiə Nazirliyinə aid olan Hərbi Akademiyanın Moskva şəhərində yerləşdiyi “Narodnogo Opolcheniya 50” küçəsindəki ünvanda yaşayış üzrə qeydiyyatdadır.

    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal
    “Reuters” xəbər agentliyinin məlumatına görə, ABŞ hökuməti tərəfindən bir neçə ölkədə kiber hücumlar həyata keçirilməsi ilə əlaqədar təqsirləndirilən Rusiya Federasiyası vətəndaşından birinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) Moskvada yerləşən hərbi hissəsinin yerləşdiyi ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyənləşdirilib. Belə ki, ABŞ tərəfindən cümə axşamı günü (4 oktyabr 2018-ci il) açıqlanan ittiham aktında İsveçrədəki beynəlxalq idman orqanlarının və Hollandiyadakı Kimyəvi Silah Nəzarətçilərinin kompüter şəbəkələrinə kiber hücumda ittiham olunan Aleksey Moreneçin adı qeyd edilib.
    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal

    RF-nin rəsmi məlumat bazasına araşdırma aparmış şəxsə (adı açıqlanmır) əsasən, A.Moreneç Moskva şəhərinin “Komsomolski” prospektindəki yerləşən binada həm nəqliyyat, həm də yaşayış yeri üzrə qeydiyyatdadır. ABŞ hökumətinin iddianaməsinə görə, həmin ünvan BKİ-nin 26165 saylı hərbi hissəsinə məxsusdur. Həmçinin, avtomobillərin qeydiyyatı üzrə məlumat bazasına əsasən, 2000-2005-ci illərdə Moreneç həmin hərbi hissəyə məxsus olan, Rusiya istehsallı “VAZ 21093” markalı avtomobilinin sahibi kimi qeydiyyatdan keçib.
    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal

    Moskva ünvanında qeydiyyatdan keçmiş Aleksey Moreneçin adı, soyadı və doğum tarixi kimi müəyyənedici məlumatlar Hollandiyalı hüquq-mühafizə orqanları tərəfindən Haaqa şəhərində yerləşən Kimyəvi Silahların Qadağan Olunmasına Dair Təşkilatın şəbəkəsinə kiber hücumda təqsirləndirilən RF vətəndaşının pasport detalları ilə tamamilə uyğun gəlir. Hollandiya və ABŞ səlahiyyətliləri ictimaiyyətə verdikləri rəsmi açıqlamada Moreneç və digər iddia edilən rusiyalı hakerlərin QRU-nun zabitləri olduğunu bildiriblər.
    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal
    Hollandiyada QRU zabitləri ifşa edildi – beynəlxalq qalmaqal
    Təqsirləndirilən digər şəxs Aleksey Minin də Rusiya Müdafiə Nazirliyinə aid olan Hərbi Akademiyanın Moskva şəhərində yerləşdiyi “Narodnogo Opolcheniya” küçəsindəki ünvanda yaşayış üzrə qeydiyyatdadır. “Reuters” xəbər agentliyi bu şəxslərlə əlaqə saxlamağa cəhd etsə, bu, mümkün olmayıb. Həmçinin, xəbər agentliyinin əməkdaşları 26165 saylı hərbi hissəyə zəng ediblər. “Reuters”in əməkdaşına cavabda hərbi hissənin uzun müddətdir ki başqa ünvana köçürüldüyü bildirilib.

    Hollandiyalı rəsmilərin sözlərinə görə, Hollandiyadan deportasiya edilməzdən əvvəl təqsirləndirilən RF vətəndaşının cibində tapılmış taksi mədaxil qəbzi həmin şəxsin BKİ ilə əlaqəli olmasına bir sübut kimi qiymətləndirilir. Belə ki, qəbzə əsasən cari ilin aprelin 10-da sözügedən şəxs Moskvada Şeremetyevo hava limanına 26165 saylı BKİ-nin hərbi hissəsinin arxasındakı “Nesvizkiy” küçəsindən gəldiyi göstərilir.

    https://www.reuters.com/article/us-britain-russia-cyber-address/address-of-russian-hacking-suspect-is-a-spy-agency-unit-records-show-idUSKCN1ME29E

    “Address of Russian hacking suspect is a spy agency unit - records show”

    305 zabit üçün 305 avtomobil
    “Bellingcat” eyni ünvana qeydə alınmış digər nəqliyyat vasitələrini axtararaq 305 sürücünün siyahısını əldə edib. Qeydiyyatda olan şəxslər 27 ilə 53 yaş arasını əhatə edirlər. Həmin məlumat bazasında onların tam adları və pasport nömrələri, eləcə də əksər hallarda mobil telefon nömrələri mövcuddur.

    Əgər “Bellingcat” tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmiş sözügedən 305 nəfər həqiqətən QRU-nun 26165 saylı hərbi hissəsinin əməkdaşlarına aiddirsə, ictimaiyyətə açıq avtomobil qeydiyyat bazasında kəşfiyyat xidmətinin əməkdaşlarının tam şəxsi məlumatları mövcud olması son zamanlar qeydə alınmış məxfiçilik baxımdan ən böyük pozuntudur.

    https://www.bellingcat.com/news/2018/10/04/305-car-registrations-may-point-massive-gru-security-breach/

    305 Car Registrations May Point to Massive GRU Security Breach


    Rubrika.Az


    Facebook-da paylaş