İndoneziyada dağıntılar altında 150 mindən çox insan qalıb
![]()
İndoneziyada baş vermiş zəlzələ və sunamidən sonra dağıntılar altında 152 min insan qala bilər.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə İndoneziya XİN nümayəndəsi Əhməd Ramadan bildirib.
O qeyd edib ki, təbii fəlakət nəticəsində 65 min ev dağılıb, 2,5 mindən çox insan yaralanıb.
“Hələlik biz dağıntılar altında 1558 qurbanı aşkarlamışıq”, - Ramadan deyib.
Xatırladaq ki, 7,7 maqnitudalı dağıdıcı zəlzələ İndoneziyada sentyabrın 28-də baş verib.
Rubrika.Az
Facebook-da paylaş










