Yəməndə 14 milyon insan aclıqla üz-üzə — FOTOLAR
![]()
Vətəndaş müharibəsinin davam etdiyi Yəməndə 14 milyon insan aclığa qarşı mübarizə aparır.
Rubrika.Az “Ölkə.Az”a istinaden xəbər verir ki, bu barədə BMT açıqlama verib. Açıqlamaya əsasən, Yəmən əhalisinin yarısı aclıqla üz-üzədir.
BMT rəsmisi Mark Loukok deyib: “Yəməndə böyük qıtlıq təhlükəsi var. Ölkə buna qarşı mübarizədə məğlub olub. 14 milyon insan acdır və atəşkəs elan edilməlidir”.
Yəməndə husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında 3 ildən çoxdur ki, savaş gedir. Müharibə minlərlə insanın ölümünə səbəb olub.
Rubrika.Az
Facebook-da paylaş













