Şəmkirdə azyaşlı avtomobillə vuruldu

Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xeber verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 28-də saat 13 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində Abbaslı kənd sakini İbrahim Bədirov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Zəhra Həsənovanı vurub və nətəcədə uşaq hadisə yerində ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












