Şirvan Milli Parkının sahə müfəttişini güllələyən şəxsin cəzası azaldılıb

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahil Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Rubrika.Az "Report"a istinaden xəbərinə görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, R.Ağayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası 12 ilə endirilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, qanunsuz ov etdiyinə və Şirvan Milli Parkının əməkdaşını qəsdən ov tüfəngi ilə yaraladığına görə məhkəmənin qərarı ilə Rahil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 15 il, Elvin İsrafilov isə cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il müddətə azadlıqdan məhrum edilib. Bir baş ceyranın qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş ziyana görə cinayətkarlar 1650 manat məbləğində cərimə olunub.
Rubrika.Az
Facebook-da paylaş













