ABŞ-dan Azərbaycan layihəsi üçün istisna qərarı
![]()
ABŞ-ın İrana qarşı saksiyalarında istisnalar Avropa və Türkiyənin Rusiya ilə İrandan enerji asılılığının qarşısını alan layihələr üçün ediləcək.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir.
Sözügedən sanksiyalar noyabrın 5-də qüvvəyə minəcək.
Bildirilir ki, sanksiyalar Azərbaycandan Türkiyə və Avropaya təbii qazın nəqli üçün boru xətlərinin inşası və istismarı layihəsi ilə bağlı istənilən subyektə, o cümlədən Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığının qarşısını alan layihələrə şamil olunmayacaq.
Rubrika.Az
Facebook-da paylaş












