Bakı metrosunda sərnişin dünyasını dəyişdi

Bakı metropolitenində ölüm hadisəsi baş verib.
Rubrika.Az “Qafqazinfo”ya istinaden xəbər verir ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarda şəxsiyyəti hələlik məlum olmayan kişinin halı qəfil pisləşib. Həmin şəxs “Ulduz” stansiyasında sərnişinlərin köməyilə qatardan düşürülüb. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov ölüm faktını təsdiqləyib.
Həmin şəxsin kimliyi dəqiqləşdirildikdən sonra məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş









