Salyanda orta yaşlı piyadanı maşın vurub

Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az “Report”un Aran bürosu-na istinaden xəbər verir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu “QAZ-24” markalı avtombil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Cəlilabadda avtomobil iki piyadanı vurub.
Rubrika.Az
Facebook-da paylaş











