Zakir Həsənov Bəhreyn ordusunun baş komandanı ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.
Rubrika.Az
Facebook-da paylaş













