Şəkidə içərisində ərəb turistlərin də olduğu avtomobil qəzaya düşüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, Şəki-Kiş avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan 7 nəfərdən 3-ü 99-KM-395 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları - Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.
Xəsarət alanlardan 4-ü "Mercedes" markalı avtomobildə olan Şəki rayon sakinləri - Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova,Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir.
Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
***10:26
Şəki rayonunda baş verən ağır yo-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, içərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
***9:46
Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.
Hələlik iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Rubrika.Az
Facebook-da paylaş











