Gəncə sakini bıçaqlandı
![]()
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













