Gürcüstanda binanın damında “selfie” çəkdirən 13 yaşlı qız yıxılaraq ölüb

Gürcüstanın Rustavi şəhərində 9 mərtəbəli yaşayış binasının damında “selfie” çəkdirmək istəyən 13 yaşlı qız yıxılaraq ölüb.
Rubrika.Az “Report”un Gürcüstan bürosu-na istinaden xəbər verir ki, hadisə şəhərin Leonidze küçəsi 4 ünvanında baş verib.
Şahidlərin sözlərinə görə, iki yeniyetmə foto çəkdirmək üçün binanın damına çıxıb və onlardan birinin ayağı sürüşərək yıxılıb.
Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
Rubrika.Az
Facebook-da paylaş
















