Hacıqabulda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb..

Hacıqabul rayonunda fəhlə hündürlükdən yıxılıb.
"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə Gilan Seramik Zavodunda qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhman Cabbar oğlu Cəlilov hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun komatoz vəziyyətdə olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













