"Prezident İlham Əliyevə təşəkkür edirik" - ÜST rəsmisi

"Ümümdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür edirik".
Rubrika.Az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancı qeyd edib ki, beynəlxalq səviyyədə koronavirusla mübarizəyə başlanılan ilk gündən Azərbaycan hökuməti Ümümdünya Səhiyyə Təşkilatına öz dəstəyini göstərib.
H.Harmancı Azərbaycan hökumətinin ÜST-ə göstərdiyi dəstəyə görə çox məmnun olduqlarını qeyd edib.
Rubrika.Az
Facebook-da paylaş










