Mingəçevirdə avtomobil aşaraq yanıb - YENİLƏNİB-2

Mingəçevir şəhərində su kanlına düşərək aşan avtomobilin sürcüsünün şəxsiyyəti məlum olub.
Rubrika.Az "Report"a istinadən yerli bürosu xəbər verir ki, şəhərin Naxçıvan küçəsində Ağdam rayon sakini, 1964-cü il təvəllüdlü Aslan Kəmiş oğlu Rüstəmov idarə etdiyi "TOYOTA-PRADO" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobilini yolun kənarındakı su kanalına aşırıb.
Daha sonra avtomobil yanmağa başlayıb. Sürcü avtomobildən çıxarılıb və yüngül xəsarət alıb.
Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.
*** 12:12
Mingəçevir şəhərində ağır yol-nqəliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.
Belə ki, "TOYOTA-PRADO" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Daha sonra avtomobil alışaraq yanıb. Hadisə yerinə hquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım stansiyasının həkimləri və yanğınsöndürənlər cəlb edilib.
Avtomobilin sürücüsü xilasedicilər təfəindən dərhal çıxarılıb. Onun yüngül xəsarət aldığı bildirlir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş











