“Eurovision”a “yox”, Bakıya “hə” dedi

Ukraynanın “Eurovision” üçün təşkil etdiyi milli seçim turunda qalib gələn, daha sonra müsabiqədən imtina edən məşhur müğənni Maruv Bakıya gəlir.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, ifaçı 25-28 iyulda keçiriləcək “Jara” festivalında səhnəyə çıxacaq. Onun çıxışı 28 iyula planlaşdırılır.
Qeyd edək ki, Rusiyada verdiyi konsertlərə görə tənqid olunan müğənni təzyiqlərə görə “Eurovision”dan imtina edib.
Rubrika.Az
Facebook-da paylaş














