Bakıda yaşayış binasında yanğın

Bu gün səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.
Rubrika.Az FHN-in saytına istinadən bildirir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan birotaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Rubrika.Az
Facebook-da paylaş















