Məsciddəki qətliamda sağ qalan türk necə qurtulduqlarından danışdı
![]()
Yeni Zenlandiyada terror hücumu nəticəsində 49 nəfərin öldüyü hadisə zamanı məsciddə olan iki Türkiyə vətəndaşı ölümdən qurtulub.
Onlardan biri Mustafa Boztaş mətbuata açıqlama verərkən bildirib ki, xilas olmaqları üçün canini aldatmağa çalışıblar.
Rubrika.Az Minval.info-ya istinadla xəbər verir ki, məsciddəkilərdən bəzisi terrorçunun dayanmadığını görüb, ölü təqlidi ediblər. Amma silahlı şəxs bunun fərqinə varıb və atəş açmağa davam edib.
Ayağından yaralanan M.Boztaş məscidin pəncərəsindən qaçmağı bacarıb.
“Cümə namazı üçün məscidə getmişdim. İmam çıxış edərkən səs-küy eşitdik. Qaçmağa çalışdıq, amma ən öndə kənarda sıxışıb qaldıq. Bir-iki nəfər ölü təqlidi etdik, amma bunu anladı və atəş açdı. Pəncərədən qaçdıq” – Musatafa bildirib.
Rubrika.Az
Facebook-da paylaş









