Rusiya Dumasının sədri Bakıya gəlir

Sabah Rusiya Dumasının sədri Vyaçeslav Volodin Bakıya ikigünlük səfərə gələcək.
ONA-nın xəbərinə görə, səfər çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədovla və Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş olacaq.
Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.
Rubrika.Az
Facebook-da paylaş














