Qarabağ veteranından sosial yardım üçün rüşvət istənib: “Belə yaşamaqdansa...”
![]()
Xaqani Hüseynov Qarabağ veteranıdır, Ağdamda döyüşlərdə yaralanıb, vətən üçün sağlamlığını itirib.
Amma bu ölkənin qudurğan, rüşvətxor, harınlamış, erməni ilə döyüşdə gizlənən məmurları indi ondan “haqq” istəyirlər, qapıdan qovurlar.
Rubrika.Az cahan.info-ya istinad'n xəbər verir ki, Bərdənin Yenidaş kəndində yaşayan, 5 övlad atası, bir oğlu əsgərlik çəkən Qarabağ qazisi kasıbçılıqdan nə evini tikə bilir, nə sosial yardım verilir. Ona görə də bir külfət komada, şəraitsiz, beton üstündə yaşayır.
Salmanzadə TV-yə şikayət edən X.Hüseynov sual edir ki, bu vəziyyətdə yaşamaq üçün döyüşürdü: “Budur mənə verilən qiymət? Mən canımı oda atmışam, bunlarsa mənə sosial yardımı rüşvətlə verirlər.
Beş uşaqla bu komada yaşayıram. Pulum yoxdur ki, özümə ev tikim. Mən 1994-də travma almışam, iş qabiliyyətim 50-60 faizdir, cəmi 55 manat veteran pulu alıram. 2011-ci ilə qədər sosial ünvanlı yardım alırdım.
Sonra dedilər ki, sənə düşmür. Bərdənin icra başçısı Vidadi İsayevin 5 dəfə yanında olmuşam, Veteranlar Cəmiyyətinə, DSMF-nin Bərdə şöbəsinin sədrinin yanına getmişəm.
Mənə deyir ki, 6 ayının pulunu ver, sosial yardım düzəldək. Bu da 1200 manat edir. Elə o pul məndə olsa bu evimi düzəldərəm, betonun üstündə yatırıq.
Yaxşı, dərdimi kimə deyim? İcra başçısı axırda dedi ki, hara istəsən şikayət elə. Onun-bunun qapısında işləyirəm, güc-bəla balalarımı dolandırıram.
Rubrika.Az
Facebook-da paylaş














