Çingiz "Eurovision"un qərarını lağa qoydu: "Gələn həftə qalib olacam"
![]()
Müğənni Çingiz Mustafayev sosial şəbəkədəki hesabında "Eurovision 2019" mahnı müsabiqəsinin qərarını lağa qoyub.
Rubrika.az open.az-a istinadla xəbər verir ki, ifaçı yarışmanın qərarının dəyişdirilməsindən narazıdır.
O, bu barədə "İnstagram" hesabında bunları yazıb: “Avropa yayım birliyi “Eurovision musiqi yarışması”nın nəticələrini dəyişdi. Çünki, Belarus juri səslərində yanlışıqlar baş verib. Mənim nəticəm 7-ci pillədən, 8-ci pilləyə gerilədi. Ümid edirəm ki, qalib olacağam. Növbəti həftənin qərarını gözləyirəm”.
Rubrika.az
Facebook-da paylaş
















