Bakıda qayınanası ilə dalaşan 30 yaşlı kişi iki qaşıq və bir mismar udub

Bakıda qayınanası ilə dava edən 30 yaşlı Nazim Babayev qaşıq və mismar udub. Hadisə iyulun 7-da Xətai rayonu, Əhmədli küçəsində baş verib.
N.Babayev Sabunçudakı 3 saylı klinik xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər saatlarında isə vəziyyəti yaxşılaşdığından palataya köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, həmin şəxsin qarnından bir deyil, iki qaşıq və mismar çıxarılıb, hazırda durumu normaldır.
Hüquq-mühafizə orqanlarından isə deyiblər ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Fakt araşdırılması üçün Xətai rayon Prokurorluğuna göndərilib.
Rubrika.az
Facebook-da paylaş









