Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaranmasının 100 illiyi münasibətilə Qax rayonunda görüş keçirilib

Bu gün Azərbaycan Respublikası sərhəd qoşunlarının yaranmasının 100 illiyi münasibətilə Qax rayonunun Qındırğa kəndi ərazisində yerləşən sərhəd qoşunlarının zastavasında rayonun Dəymədağlı,Cəlayer,Zəyəm və Ağyazı orta məktəblərinin pedaqoji kollektivləri ilə hərbi heyətin görüşü keçirilib.
Görüşdə adları çəkilən məktəblərin direktor və hərbi rəhbərləri çıxış edərək hərbi hissənin əsgər,gizir və zabit heyətini təbrik etmişlər.Müəllimlər əsgərlərin şəraiti ilə yaxından tanış olmuş və onları " kənd sovqatı" ilə sevindirmişlər.Qeyd edək ki,bu tədbir təkcə Qındırğa sərhəd zastavasında deyil,rayon ərazisində yerləşən bütün hərbi hissələrdə ayrı-ayrı məktəb kollektivləri arasında keçirilib.Rayon İcra hakimiyyətinin və Təhsil şöbəsinin təşəbbüsü ilə keçirilən bu tədbir əsgərlərin böyük sevincinə səbəb olub.
Nofəl Məmmədov
Qax rayonu
Facebook-da paylaş












