Bakıda ikimərtəbəli ev yanıb
![]()
Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Rubrika.Az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş

















