320 nəfər koronavirusa görə həbs edildi

İranda sosial mediada koronavirusun yayılması ilə bağlı yalan ifadələr işlətdiyi iddia edilən 320 nəfər həbs edilib.
Rubrika.Az-ın xəbərinə görə, bu barədə "İranlı İşçilər" agentliyinə açıqlamasında İran Polis Xidməti komandiri, general Hüseyn Eşteri bildirib.
Çindən dünyaya yayılan COVID-19 İranda ilk dəfə 19 fevralda Qum şəhərində qeydə alınmışdı.
Bu ölkədə koronavirusdan indiyədək 6589 nəfər ölüb, 106220 nəfər isə virusa yoluxub.(publika.az)
Rubrika.az
Facebook-da paylaş













