Sabirabadda qatar TIR-la toqquşdu

Sabirabad rayonunun Qarağac kəndi ərazisində tənzimlənməyən dəmir yolu keçidində qatarla yük maşını toqquşub.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə Bakı istiqamətində həkətdə olan yük qatarı İran İslam Respublikasına məxsus TIR-la toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın baş verməsinə TIR-ın sürücüsünün keçidin yaxınlığında dilənçilik edən qaraçıya pul vermək üçün dayanması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








