Rusiyada avtobus qatarla toqquşdu

Rusiyada sərnişin avtobusu qatarla toqquşub
Rubrika.az Pia.az-a istinadən xəbər verir ki, Leninqrad vilayətində avtobusla qatarın toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.
Məlumata görə, avtobusda 15 sərnişin olub.
Xəsarət alan şəxsin avtobusun sürücüsü olduğu bildirilib.
Qatarın Sankt-Peterburq marşrutu üzrə hərəkət etdiyi deyilib. Qəzaya görə qatarın hərəkəti ləngiyib.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis insidentlə bağlı araşdırmaya başıladıb.
Rubrika.az
Facebook-da paylaş
















