Bakıda poliklinikada 6 yaşlı uşaq ölüb

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.
Rubrika.az-ın “Report”a istinadən xəbərinə görə, 2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib.
Uşaq şəkərli diabet xəstəsi imiş.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş







