Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşüb

Bakıda 37 yaşı qadın 4 ay əvvəl itkin düşüb.
Rubrika.az-in “Report”a istinadla xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Vüsalə Mirzəyeva 4 ay əvvəl işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Noyabrın 21-də isə qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












