Bakıda çökən yolun son görüntüləri - FOTOSESSİYA
![]()
Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatının sürüşməsi barədə xəbər vermişdik.
Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Qeydə alınmış görüntülərə əsasən, uçqun zamanı hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin torpaq qatı altında qalması ehtimal edilir.
Qeyd edək ki, küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.
Hadisəni yaxından müşahidə etmək üçün "Yeni Müsavat" qəzetinin fotoqrafı sözügedən əraziyə yollanıb.
Əməkdaşımızın hadisə yerindən lentə aldığı görüntüləri sizlərə təqdim edirik:![]()
![]()
![]()
![]()
![]()

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Facebook-da paylaş











