AQTA sədri: "BDU tələbələrinin zəhərlənməsinin səbəbi toksik mənşəlidir"

"Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir".
Rubrika.Az APA-ya istinadla xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir: "Digər məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək".
Sədr qeyd edib ki, KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi.
Rubrika.Az
Facebook-da paylaş








