Fransada etirazçıların sayı artdı - 1 MİLYONU KEÇDİ

Fransada pensiya islahatları əleyhinə aksiyalara qoşulanların sayı artaraq 1,5 milyon nəfər olub.
Bu haqda “La Figaro” qəzeti yazıb. Daxili İşlər Nazirliyinin açıqlamasında etirazçıların sayının 806 min nəfər olduğu qeyd edilib. Onlardan 65 min nəfəri Parisdə mitinq edir. Nümayişlər əsasən Paris, Tuluza, Lion, Monpelye, Marsel və Bordo şəhərlərində keçirilir.
Yeni islahatlar pensiya yaş həddinin 62-dən 64-ə artırılmasına nəzərdə tutur.
RUBRİKA.AZ
Facebook-da paylaş













