Türkiyədə miqrantları daşıyan qayıq batdı

Van gölündə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.
Bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə dekabrın 26-da Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində baş verib.
Yerli valiliyini açıqlamasına əsasən, miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.
Rubrika.Az
Facebook-da paylaş











