Bakıdan Həştərxana uçan təyyarə geri qayıtdı

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways” şirkətinin təyyarəsi yenidən Həştərxana yola düşüb.
Bu barədə virtualaz.org-a şirkətdən məlumat verilib.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də yola düşüb.
* * *11:40
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
Bu barədə aviaşirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş








