“Minlərlə erməni qayıqla Bakıdan Türkmənistana keçib” – Qondarma qurumdan gülünc bəyanat
![]()
Rubrika.Az moderator.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma qurum “Sumqayıt hadisələri” və “Bakı qətliamı” ilə bağlı gülünc bəyanat yayıb.
Bəyanatda Sumqayıt və Bakı şəhərindəki ermənilərə divan tutulduğunu, bu səbəblə də 300-ə qədər erməninin öldüyünü bildirən rejim, 1990-cı ilin 2
0 Yanvar hadisəsinin də mahiyyətini təhrif edib. Belə ki, bəyanatda bu hadisə Azərbaycan xalqının milli-azadlıq mücadiləsi kimi deyil, sovet ordusunun mülki erməniləri xilası kimi təqdim edilib və qeyd edilib ki, Bakıdakı “erməni qətliamı”na guya sovet ordusunun 1990-cı ilin 20 yanvar tarixində şəhərə gəlişi ilə son qoyulub.
Bəyanatda gülüş doğuran məqamlardan biri də minlərlə erməninin qayıqlarla Xəzər dənizi vasitəsi ilə Bakıdan Türkmənistana qaçması xəbəridir. Belə ki, separatçı rejim özünəməxsus həyasızlıqla Xəzər kimi coşğun dənizi köhnə sovet qayıqları ilə keçməyin mümkünlüyünü iddia edir, habelə qaçaqaç məqamında minlərlə ermənini Xəzərin o tayına daşıyan qayıqların necə əldə edildiyinə aydınlıq gətirmir.
Bəyanatda Azərbaycan cəmiyyətində ermənilərə nifrət hissinin artması da qeyd olunub və düşmən tərəf bununla bağlı narahatlığını dilə gətirib.
Rubrika.Az
Facebook-da paylaş













