Türkiyədə xəstəxanada yanğında ölənlərin sayı 12-yə çatıb

Türkiyədə xəstəxanada baş verən yanğında ölənlərin sayı 12 nəfərə çatıb.
RUBRİKA.AZ-ın xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.
Qeyd edək ki, dekabrın 19-da yerli vaxtla səhər saat 04.45-də SANKO Universitetinin xəstəxanasının COVID-19 xəstələrinin yatdığı reanimasiya şöbəsində tənəffüs cihazında oksigen balonunun partlaması nəticəsində yanğın olub.
RUBRİKA.AZ
Facebook-da paylaş














