Qarabağda daha 2 erməni əsgəri öldü

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun daha 2 əsgəri ölüb.
Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, bu gün saat 11:30 radələrində 2000-ci il təvəllüdlü Tiqran Manvelyan aldığı güllə yarasından ölüb. Onun ölüm səbəbi araşdırılır.
Bundan başqa, 2019-cu ildə hərbi xidmətə çağırılan Tiqran Mxoyan ona təhkim olunan silahla baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.
Qeyd edək ki, cari ilin 1 yanvar tarixindən fevralın 9-dək olan müddətdə Ermənistan ordusunun 8 əsgəri ölüb. Onların hamısı qeyri-döyüş şəraitində həyatlarını itiriblər.
Rubrika.Az
Facebook-da paylaş














