Ağdamda 5 otaqlı ev yanıb - FOTO
![]()
Ağdamda 5 otaqlı ev yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Yüzbaşılı kəndində qeydə alınıb. Kənd sakini Əliyev Sabir Xosrov oğluna məxsus evdə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş












