Saxlanılan vəzifəli şəxs sabiq icra başçısının kürəkənidir
![]()
Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.
Rubrika.Az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib:
"Bəli saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.
Rubrika.Az
Facebook-da paylaş















