ABŞ-da koronavirusdan ölənlərin sayı artdı

ABŞ-da koronavirusdan ölənlərin sayı azı 22 nəfərə çatıb.
Rubrika.Az xəbər verir ki, məlumatı “newsru” yayıb.
Bildirilib ki, virusa azı 565 yoluxma hadisəsi qeydə alınıb. ABŞ-ın 34 ştatında bu infeksiya yayılıb.
Əhalisinin sayı 60 milyon nəfər olan Kaliforniya və Nyu-York ştatları fövqəladə vəziyyətdədir. Bununla belə Demokratlar və Respublikaçılar partiyaları prezident seçkisi ilə bağlı təbliğat kampaniyası və mitinqləri dayandırmayıblar.
Rubrika.Az
Facebook-da paylaş















