Hacıqabulda eyni ünvanda iki qəza olub, 4 nəfər xəsarət alıb
![]()
Hacıqabulda eyni ünvanda iki yol qəzası olub.
Rubrika.Az Apa-ya istinadən xəbər verir ki, hadisələrdən biri Bakı-Qazax yolunun 87-ci kilometrliyində, rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili “Ford Tranzit” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə sonuncu yolun kənarında dayanan piyadanı vurub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına aparılıb.
Həmin vaxt Bakı-Qazax yolunun 87-ci kilometrliyində daha bir yol qəzası qeydə alınıb. “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü xəsarət alıb. Yaralı Hacıqabul xəstəxanasına aparılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














