Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 30% artırıb
![]()
Azərbaycan fevralda Gürcüstana 179 419 872.7 KvS elektrik enerjisi ixrac edib.
Rubrika.Az Apa-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında məlumat verilib. Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 41,725,465.4 KvS və ya 30.3% çoxdur.
Bu ilin ilk iki ayı ərzində Gürcüstanın ümumi elektrik enerjisi idxalı 526.30 mln. KvS təşkil edib ki, bunun da 48.7%-i və ya 256 874 609.6 KvS elektrik Azərbaycanın payına düşüb. Hesabat dövründə Rusiya Gürcüstanın əsas elektrik enerjisi təchizatçısı olub -269.423mln. KvS.
Rubrika.Az
Facebook-da paylaş












