Hacıqabulda 2 avtomobil toqquşub, xəsarət alanlar var
![]()
Şirvan-Hacıqabul magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, “Ford” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.
Hadisə zamanı “VAZ 2106” markalı avtomobildə olan 2 sərnişin xəsarət alıb.
Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Rubrika.Az
Facebook-da paylaş












