Bu yaş qruplarından olanlara maska və kolonya pulsuz paylanacaq
![]()
Türkiyədə 65 yaşdan yuxarı olan şəxslərə maska və kolonya pulsuz paylanacaq.
RUBRİKA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə Çankaya Sarayında Koronavirusla Mübarisə Komissiyasının toplantısından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ictimaiyyətə müraciətində deyib.
Prezident səhiyyə müəssisələrinin yükünü yüngülləşdirmək üçün vətəndaşlara həyati vacib məsələ olmadığı təqdirdə xəstəxanalara müraciət etməməyi məsləhət görüb.
RUBRİKA.AZ
Facebook-da paylaş








